Gənclər Paytaxtında veloyürüş - Fotolar

Gənclər Paytaxtında veloyürüş - Fotolar
  03 May 2016    Oxunub:1894
Gəncə şəhərində keçirilən yürüşdə 100-ə yaxın həvəskar velosipedçi iştirak edib.
AzVision.az xəbər verir ki, iştirak edən velosipedçilər yürüşə Gəncə şəhəri 28 may küçəsindən start verilib. Heydər Əliyev Park Kompleksində yerləşən Zəfər Tağının yanında veloyürüşə fasilə verən iştirakçılar sonra "Asan Xidmət" mərkəzinin yerləşdiyi Heydər Əliyev prospektinə yön alıblar.

Ümumilikdə 10 km məsafə qət edən velosipedçilərdən ən böyüyünün 56, ən kiçiyinin isə 9 yaşı olub.

ASAN Könüllülsü Aytən Rəşidlinin rəhbəri olduğu “Sağlam nəqliyyat -Sağlam gənclik” layihəsinin əsas məqsədi velosipedin nəqliyyat vasitəsi kimi qəbul olunmasına vasitəçi olmaq, sağlam həyat tərzinin geniş əhali kütləsinə aşılamaq, ölkəmizdə velosiped idmanının inkişafında pay sahibi olmaqdır.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti