Gəncədə xüsusi əməliyyat - 4 nəfər həbs edildi

Gəncədə xüsusi əməliyyat - 4 nəfər həbs edildi
  05 Fevral 2016    Oxunub:2954
Gəncədə fevralın 1-də, şəhər sakini Arzu Mustafayevin evindən 500 manat və 20000 manat dəyərində qızıl əşyalar oğurlanıb.
DİN-dən AzVision.az-a daxil olan məlumata görə, Gəncə ŞBPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən həmyerliləri, əvvəllər məhkum olunmuşlar İlham Nəcəfov və Rövşən Hüseynov tutulub.

Bakını Sabunçu rayonunda yanvarın 20-22-də Bakı şəhər sakinləri Vaqif Musayevin və arvadı Nəcibənin, habelə Şövkət Mərdanovanın evlərindən ümumilikdə 702 manat, 300 ABŞ dolları, mobil telefon və 5000 manat dəyərində qızıl əşyaları quldurluq yolu ilə aparılıb.

Sabunçu RPİ 12-ci və 15-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Bakı şəhər sakinləri Səlim Qədimov, Kənan Əliyev, Tərlan Babayev və Famil Əliyev tutulub.

S.Qədimovdan 0,201 qram heroin, 2,05 qram marixuana, bıçaq və qayçı, K.Əliyevdən 0,180 qram, F.Əliyevdən 0.169 qram və T.Babayevdən 0,172 qram heroin götürülüb.

AzVision.az


Teqlər:  





Xəbər lenti