Gəncədə köçkünlərin yataqxanası yandı

Gəncədə köçkünlərin yataqxanası yandı
  25 Oktyabr 2014    Oxunub:1955
Gəncə şəhərində 3 saylı Peşə liseyinin yataqxanasında yanğın baş verib.
Nizami prospekti ilə Xətai prospektinin kəsişməsində yerləşən 5 mərtəbəli yataqxananın dam örtüyündə başlayan şiddətli yanğını FHN-nin yanğınsöndürən briqadası söndürməyə çalışır.

Hələ ki, alovu ram etmək mümkün olmayıb.

Qeyd edək ki, həmin binada məcburi köçkünlər məskunlaşıb.

Hazırda sakinlər hadisə yerindən evakuasiya olunub. (Kəpəz TV)


Teqlər:  





Xəbər lenti