Gəncədə jurnalistlər mükafatlandırıldı

Gəncədə jurnalistlər mükafatlandırıldı
  23 İyul 2014    Oxunub:688
Bu gün Gəncə şəhər İcra Hakimiyyətində 22 iyul-Mətbuat günü münasibəti ilə toplantı keçirilib.
AzVision.az xəbər verir ki, toplantıda şəhər İcra Hakimiyyətinin məsul işçiləri, müəssisə və idarə rəhbərləri, ziyalılar, media nümayəndələri iştirak ediblər. Toplantını giriş sözü ilə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Mikayıl Zeynalov açaraq, tədbir iştirakçılarını salamlayıb və bu tədbiri Gəncənin ictimai-siyasi həyatında əlamətdar hadisə olaraq dəyərləndirib, bütün mətbuat işçilərini şəhər İcra Hakimiyyətinin rəhbərliyi adından təbrik edib. Bildirib ki, media sahəsində çalışan şərəfli peşə sahibləri dövlətçiliyimizə, doğma xalqımıza sədaqətlə xidmət edir, öhdələrinə düşən missiyanı layiqincə yerinə yetirirlər.

Tədbirdə Gəncə şəhərinin ictimai-siyasi həyatında fəal iştirak etdiklərinə, səmərəli fəaliyyətlərində fərqləndiklərinə görə media işçilərindən bir qrupuna Gəncə şəhər İcra Hakimiyyətinin Fəxri fərmanları və mükafatlar verilib.


Teqlər:





Xəbər lenti