Gəncədə avtobus qəzası - 20 yaralı var (Video)

Gəncədə avtobus qəzası - 20 yaralı var (Video)
  26 Noyabr 2015    Oxunub:2616
Gəncədə ağır yol qəzası baş verib.
AzVision.az Kəpəz TV-yə istinadən xəbər verir ki, bu gün saat 14:00 radələrində Gəncənin Ozan küçəsində sərnişindaşıyan mikroavtobus qəza törədib. 29 saylı marşrut üzrə hərəkət edən “Mercedes” markalı mikroavtobus Firdovsi Əliyev küçəsindən Ozan küçəsinə dönərkən əyləc sistemində yaranan problem üzündən yaşayış evinin divarına çırpılıb. Hadisə nəticəsində nəqliyyat vasitəsinin sürücüsü və 19 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Yaralılardan 2-nin vəziyyətinin ağır, 17-nin səhhəti isə orta ağır olduğu bildirilir.

Şahin Quliyev - həkim: “Avtoqəza nəticəsində bizim xəstəxanaya 19 nəfər gətirilib. Onlardan ikisinin vəziyyəti ağır olduğundan dərhal palataya yerləşdirilib. Digərlərinin isə müayinələri davam etdirilir. Bəzilərinin xəsarətləri yüngül olduğundan ambulator müalicəyə buraxılacaq”. Xəstəxanadan yaralıların əksəriyyətinin tələbə olduğu bildirilir.




Teqlər:  





Xəbər lenti