Gəncədə İran sərgisi - FOTOLAR

Gəncədə İran sərgisi - FOTOLAR
  04 Mart 2015    Oxunub:1721
Gəncədə İran İslam Respublikasının 51 tanınmış şirkətinin məhsullarının satış-sərgisi açılıb
Ərdəbil əyalətinin beynəlxalq sərgilər şirkətinin təşəbbüsü ilə keçirilən sərgidə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayin, Ərdəbil əyalətinin Beynəlxalq Sərgilər Şirkətinin icraçı direktoru Mirəyyub Təqəvi-Tələb, şəhər rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Sərginin rəsmi açılış mərasimində iki ölkə arasındakı əlaqələrin yüksək səviyyədə olmasından, yeni əlaqələrin yaranmasından, belə tədbirlərin iqtisadiyyat və ticarət sahəsində əlaqələrin inkişafına zəmin yaradacağından geniş söhbət açılıb. Eyni zamanda, fevral ayında Gəncə-Təbriz şəhərləri arasında yaradılan qardaşlıq əlaqələri də xüsusi vurğulanıb.

Rəsmi açılışın sonunda İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayin Gəncə şəhər İcra Hakimiyyətinin başçısı E.Vəliyevə hədiyyə təqdim edib. Sonra sərgiyə baxış keçirilib.

Ticarət-sənaye məhsullarının birinci sərgisinin 5 gün davam etməsi nəzərdə tutulub. İranın Ərdəbil əyalətindən başqa, Qərbi və Şərqi Azərbaycan əyalətləri, Tehran, İsfahan, Əlborz, Məşhəd şirkətləri də iştirak etdiyi sərgidə sənaye və kənd təsərrüfatı məhsulları, məişət əşyaları, xalça, mebel, geyim, avtomobillər nümayiş etdirilib.

Qalereya




Teqlər:





Xəbər lenti