Sonra Azərbaycan ilə Avropa ölkələri arasında inteqrasiya, bilik və mübadilə proseslərini gücləndirmək, Azərbaycan gənclərinin ictimai fəallığını və sosial layihələrdə iştirakını gücləndirmək məqsədilə keçirilən forumda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov, Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər fondunun icraçı direktoru Fərhad Hacıyev, Avropa Gənclər Parlamentinin Azərbaycan nümayəndəliyinin 1-ci Beynəlxalq forumunun prezidenti Koka Kapanadze çıxış edərək Azərbaycanda aparılan gənclər siyasəti sahəsində qazanılan uğurlardan danışaraq bildiriblər ki, Azərbaycan bu sahədə indi bir çox ölkələrə nümunədir və bu sahədə əldə olunan nailiyyətlərin nəticəsidir ki, Gəncə 2016-cı il Avropa Gənclər Paytaxtı seçilib.
Avropa Gənclər Parlamentinin Azərbaycan nümayəndəliyinin 1-ci Beynəlxalq Forumunun Baş Assambleyasının qətnamələrinin müzakirəsinə başlanılıb. Xarici qonaqların da iştirak etdiyi müzakirələrdə irəli sürülən təkliflər nəzərə alınmaqla yekun qərar qəbul edilib. Bununla da forum işinə yekun vurulub.
AzVision.az