Gəncədə 6 yaşlı uşağı maşın vurdu

Gəncədə 6 yaşlı uşağı maşın vurdu
  19 Oktyabr 2014    Oxunub:1626
AzVision.az Kəpəz Tv-yə istinadən bildirir ki, Gəncə sakini Seymur Qasımov idarə etdiyi "Mercedes" markalı avtomobillə Göygöldən Hacıkənd istiqamətinə hərəkətdə olarkən yolu keçmək istəyən piyada, Göygöl sakini, 6 yaşlı Mürsəl Yusibovu vurub. Daha sonra idarəetməni itirən sürücü avtomobili yolun kənarındakı ağaca çırpıb. Qəzada sonra ağır bədən xəsarətləri alan piyada Mürsəl Yusibov Gəncə Şəhər Təcili Tibbi yardım Stansiyasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər yaralının vəziyyətini orta ağır kimi qiymətləndirirlər. Yol nəqliyyat hadisəsini törədən sürücü polis tərəfindən saxlanılıb. Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində araşdırma aparılır.

Məharət Kərimov, həkim: "2008-ci il təvəllüdlü, Göygöl sakini Yusibov Mürsəl Ramiz oğlu ağır vəziyyətdə xəstəxanaya gətirilib. Onun üzərində çoxsaylı xəsarətlər olduğundan birbaşa reanimasiya şöbəsinə yerləşdirilib. İlkin tibbi yardım göstərildikdən sonra yaralının 2 saylı uşaq xəstəxanasına köçürülməsi məqsədəuyğun hesab olunub. Vəziyyəti orta ağırdır".


Teqlər:





Xəbər lenti