Gəncə teatrı Konyadan qayıdır

Gəncə teatrı Konyadan qayıdır
  29 Aprel 2016    Oxunub:2549
Gəncə Dövlət Dram teatrının yaradıçı kollektivi qardaş Türkiyə Çumhuriyyətində 9-cu qastrol səfərindədir. Səfərin məqsədi Konya şəhərində gerçəkləşən “Min nəfəs, bir səs” adlı Türkdilli Ölkələrin Beynəlxalq Teatr Festivalında iştirak etmək idi.

Yaradıçı kollektiv bu festivala Turqay Narın “ Şəhrizadın oyunu ” mistik-psixoloji dramı ilə qatılıb. Gəncə Dövlət Dram teatrının direktoru, əməkdar mədəniyyət işçisi Əli Qasımovun verdiyi xəbərə görə artıq festival bu gün yekunlaşır. Onun sözlərinə görə, kollektivin burada iştirakı tamaşaçılar tərəfindən yüksək qarşılanıb və tamaşa böyük uğurla nümayiş etdirilib.

Əli Qasımov bildirib ki ; “Artıq Konyada keçirilən Türkdilli Ölkələrin Beynəlxalq Teatr Festivalı başa catıb və biz vətənə qayıtmağa hazırlaşırıq. Bildiyiniz kimi Gəncə 2016-cı il Avropa Gənclər Paytaxtı seçilib. Ümumşəhər tədbirləri may ayının 2-dən 5-nə kimi Gəncədə olaçaq. Biz də yaradıçı kollektivimizilə ümumşəhər tədbirlərində iştirak etmək üçün vətənə qayıdırıq. Yaradıçı kollektivimiz Gəncə 2016-cı il Avropa Gənclər Paytaxtı tədbirlərində də yaxından iştirak edəçək”.


Teqlər:





Xəbər lenti