Gəncə sakini həmyerlisini güllələdi

Gəncə sakini həmyerlisini güllələdi
  20 Oktyabr 2016    Oxunub:1677
Gəncədə silahlı insident baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, oktyabrın 17-də şəhər sakini Röyal İsmayılov həmyerlisi Mətləb Həsənzadəyə tüfəngdən atəş açaraq xəsarət yetirib.

R. İsmayılov Nizami Rayon Polis İdarəsi əməkdaşları tərəfindən saxlanılıb. Onun evinin həyətindəki yardımçı təsərrüfata baxış zamanı hadisəni törədərkən istifadə etdiyi lüləsi və qundağı kəsilmiş “TOZ-16” markalı tüfəng aşkar edilərək götürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti