Gənc jurnalist mükafat aldı

Gənc jurnalist mükafat aldı
  30 Avqust 2014    Oxunub:1907
Bu günlərdə “İlin favoriti” mükafatının təqdimat mərasimi keçirilib. Mükafat alanlardan biri də “Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının” sədri, Xeber1.az, Gundem.Az, VestiAz.com saytlarının da daxil olduğu Mubarizoglu Media Groupun rəhbəri Səbuhi Abbasovdur.
Səbuhi Abbasov 1985-ci ildə Göyçə mahalında anadan olub. Məlum səbəblərə görə 2 yaşından Mingəçevir şəhərində yaşayıb. Bakalavr və magistr pillələri üzrə Bakı Slavyan Universitetində təhsil alıb. 2003-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Fəxri Məzun 2007″ diplomuna layiq görülüb.

Bir müddət Yeni Azərbaycan Partiyası GB-nin QHT-lərlə iş üzrə şöbə müdiri kimi fəaliyyət göstərib. 2009-2011-ci illərdə Bakı Slavyan Universiteti Jurnalistika şöbəsinin müdiri, 2011-2012-ci illərdə Milli QHT-lər Forumunda icraçı direktoru, 2012-2013-cü illərdə Azərbacan Respublikası Dövlət Sosial Müdafiə Fondunda çalışıb.

Hal-hazırda «HAPPY BAKU» şirkətinin Media və Marketinq şöbəsinin müdiridir. İT üzrə mütəxəssis, professional grafiq və web dizaynerdir. Azərbaycan, türk, rus, ingilis və ukrayna dillərində danışır. Ailəlidir, 1 qız övladı var.


Teqlər:





Xəbər lenti