Gəlnini sevən qaynata oğlunu doğrayıbmış - 14 illik qətlin sirri

Gəlnini sevən qaynata oğlunu doğrayıbmış - 14 illik qətlin sirri
  06 Oktyabr 2015    Oxunub:3067
Azərbaycanda 14 il əvvəl baş vermiş qətl hadisəsinin üstü açılıb.
AzVision.az APA-ya istinadən xəbər verir ki, Quba rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Quba rayon sakini, 1976-cı il təvəllüdlü Ərəbova Yeganə Mayıl qızı və onun qayınatası Həsən Əliyev tutulub.

Aparılan araşdırmalar zamanı məlum olub ki, onlar 2001-ci ildə Əliyev Elman Həsən oğlunu qətlə yetirərək, doğrayıb yaşadıqları evin həyətindəki tualet quyusuna atıblar.

Araşdırmalar zamanı Həsən Əliyevlə Yeganə Ərəbova arasında sevgi münasibəti olduğu, hadisəni də buna görə törətdikləri məlum olub.

Qeyd edək ki, Elman Əliyev Həsən Əliyevin oğlu, Yeganə Ərəbovanın isə həyat yoldaşı olub. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.




Teqlər:  





Xəbər lenti