Gələn il hərbiyə nə qədər pul ayrılacaq?

Gələn il hərbiyə nə qədər pul ayrılacaq?
  29 Sentyabr 2016    Oxunub:1934
Azərbaycan dövlət büdcəsindən gələn il üçün müdafiə sektoruna ayrılan vəsaitin məbləği açıqlanıb.
Maliyyə Nazirliyindən AzVision.az-a verilən xəbərə görə, 2017-ci ildə ölkənin müdafiə xərcləri üçün 1.615.359.868.0 manat nəzərdə tutulub.

Bu məbləğdən 1.486.905.140,0 manat müdafiə qüvvələrinə, 122.700.302,0 manat milli təhlükəsizliyə, 2.642.144,0 manatı müdafiə və təhlükəsizlik sahəsində tədqiqatlara sərf olunacaq.

İlkin Nəcəfzadə
AzVision.az





Teqlər:  





Xəbər lenti