Gələn həftə dollar bahalaşacaq

Gələn həftə dollar bahalaşacaq
  23 May 2015    Oxunub:3493
Ötən gün dünya bazarında avronun məzənnəsi kəskin şəkildə 1,12 USD/EUR səviyyəsindən 1,10 USD/EUR-a enib.
AzVision.az "Report"a istinadən xəbər verir ki, buna səbəb ABŞ-da açıqlanan inflyasiya göstəriciləri olub.

Aprelda inflyasiyanın baza indeksı mart ayı ilə müqayisədə ehtimal edilən 0,2 faiz bəndi əvəzində 0,3 bənd artıb. Bu xəbər uzun zamandır tərəddüdlər içində olan ABŞ-ın Federal Ehtiyat Sisteminə (FES) ölkədə uçot dərəcəsini artırmaq üçün əlavə stimul verib. Açıqlanan məlumatdan sonra, investorlar FES-in uçot dərəcəsini artıq sentyabrda artıracağına əmin olmağa başlayıb.

Avro isə əksinə, Avropa İttifaqının Riqa sammitindən gələn xəbərlər fonunda zəifləyib. Belə ki, Almaniyanın maliyyə naziri Volfqanq Şoyble Yunanıstanın xarici kreditorlarla görüşlərində ölkədə avro ilə yanaşı yeni bir "paralel" pul vahidinin də dövriyyəyə buraxılması ehtimalından danışıb. Nazir buna misal olaraq avrodan istifadə edən, amma Avropa İttifaqının üzvü olmayan Monteneqronu göstərib.
"Report" agentliyinin analitik qrupu artıq bazar ertəsi, mayın 25-də Azərbaycanda dolların rəsmi məzənnəsinin 1,0490 AZN/USD-ə qədər artacağını, avronon isə 1,1570 AZN/EUR-a qədər ucuzlaşacağını ehtimal edir.


Teqlər:





Xəbər lenti