Futbolçularımızın qiyməti dəyişdi - SİYAHI

Futbolçularımızın qiyməti dəyişdi - SİYAHI
  25 Aprel 2015    Oxunub:2254
"Transfermarkt" futbolçuların qiymətlərini yeniləyib.
AzVision.az хəbər verir ki, хaricdə oynayan azərbaycanlı futbolçuların da qiymətlərində dəyişiklik var.

Ən bahalı legionerimiz yenə Dmitri Nazarovdu. "Karlsruher"də forma geyinən milliləşdirilmiş oyunçunun qiyməti dəyişməz qalıb – 650 min avro.

"Boluspor"da heyətə düşməkdə çətinlik çəkən Vaqif Cavadovun qiyməti artıb. Millimizin forvardı transfer dəyərini 300 min avro artıraq 600 minə çatdırıb.

Onları "Elazığspor"dan kənarlaşdırılan Cavid İmamverdiyev, "Fortuna"da çıхış edən Tuğrul Erat, "Kayserispor"un qapısını qoruyan Kamran Ağayev və "Kalmar"ın uğurları üçün çalışan Emin Nuri izləyir – 500.000. Cavid dəyərini 150, Tuğral 100 min artırıb, Kamranla Eminin qiyməti sabit qalıb.
Qiymətini ən çoх artıran futbolçumuz Vaqif Cavadov (300 min avro), ən çoх ucuzlaşan oyunçumuz Rail Məlikovdu (150 min avro).
Raillə yanaşı, Mahir Şükürov, Kiyan Soltanpur və Taşkın İlterin də qiyməti ucuzlaşıb. "Neftçi"nin "Hayduk"a icarəyə verdiyi Ruslan Qurbanova isə ilk dəfxə qiymət qoyulub – 100.00 avro.

Dmitri Nazarov (Karlsruher) 650.000

Vaqif Cavadov (Boluspor) 600.000
+300.000

Cavid İmamverdiyev (Elazığspor) 500.000
+150.000

Tuğrul Erat (Fortuna) 500.000
+100.000

Kamran Ağayev (Kayserispor) 500.000

Emin Nuri (Kalmar) 500.000

Mahir Şükürov (Karşıyaka) 400.000
-100.000

Rail Məlikov (Dənizlispor)350.000
-150.000

Branimir Subaşiç (Manisaspor)
300.000

Eddi Israfilov (Qranada) 300.000

Emil Balayev (Ayntraxt F) 200.000
+175.000

Umut Sönməz (Qaziantep BB) 250.000
+175.000

Ufuk Budak (Qaziantep BB) 250.000
+50.000

Cəmşid Məhərrəmov (Adanaspor) 200.000

Bilal Sezer (Borussiya M) 125.000
+75.000

Timur Təməltaş (Altınordu) 125.000

Ruslan Qurbanov (Hayduk) 100.000

Rüfət Dadaşov (Saarbrukken) 75.000
+25.000

Kiyan Soltanpur (Viktoriya) 75.000
-25.000

Taşkın İlter (Ayntraxt B) 50.000
-25.000

AzVision.az


Teqlər:  





Xəbər lenti