Futbolçularımız Mənsimova qələbə sözü verdi

Futbolçularımız Mənsimova qələbə sözü verdi
  23 Noyabr 2014    Oxunub:1601
Premyer Liqanın XIII turunda “Dalğa Arena”da “Neftçi”ni qəbul edəcək “Xəzər Lənkəran” növbəti məşqini keçirib.
Komanda dünən saat 17.00-da “Dalğa Arena”da məşqə çıxıb.

Hazırlıq prossesinə başlamazdan klub prezidenti meydançada futbolçularla qısa toplantı keçirib. “İnter”lə oyundakı məğlubiyyət barədə qısa fikir bildirərək komanda üzvlərinə olan iradlarını gizlətməyən Mais Mənsimov “Neftçi” ilə matçın əhəmiyyətindən də danışıb, məhz bu qarşılaşmada qazanılacaq uğura bütün camiənin ehtiyacı olduğunu dilə gətirib. Futbolçular da öz növbələrində klub prezidentinə “Neftçi” ilə oyunda qələbə sözü veriblər.

Daha sonra zədəli futbolçular - Rauf Əliyev və Manuel Sakarlatake istisna olmaqla, bütün komanda məşqə başlayıb. Zədədən qurtulan Ağabala Ramazanov isə hazırlıq prossesində iştirak edib.


Teqlər:





Xəbər lenti