Fransızlar və almanlar da AzVision-u oxuyacaq

Fransızlar və almanlar da AzVision-u oxuyacaq
  08 Oktyabr 2015    Oxunub:3335
AzVision.az saytının bir qədər əvvəl işə düşən alman versiyasının ardınca bu gün fransız versiyası da istifadəyə verilib.

Saytın ingilis dilli versiyası isə artıq 3 ildir fəaliyyət göstərir və Azərbaycanın ən populyar ingilisdilli informasiya-təhlil resurslarından biridir.

Xarici dilli versiyalarımızı yaratmaqda və inkişaf etdirməkdə məqsədimiz əcnəbi oxucuları Azərbaycanla bağlı düzgün və operativ xəbərlərlə təmin etməkdir. Hazırda ingilis dilini çıxmaqla, qeyri dillərdə olan milli xəbər resurslarını barmaqla saymaq olar. Məsələn, rəsmi xəbər agentliyi olan “AzərTac”ı çıxmaqla, Azərbaycan reallığını alman auditoriyasına çatdıran heç bir xəbər mənbəyi yox idi. Bu isə çox ciddi boşluqdur. Çünki biz faktik olaraq öz həqiqətlərimizi həmin auditoriyaya çatdıra bilmirik. Halbuki, ermənilər də daxil olmaqla, Azərbaycanın əleyhinə çalışan mərkəzlərin müxtəlif dillərdə yüzlərlə informasiya resursları var.

Belə vəziyyət, təəssüf ki, Azərbaycanın əleyhinə çalışan qüvvələrin xeyrinədir. Amma bu cür davam edə bilməz və etməməlidir. Ona görə də, AzVision.az olaraq həmin boşluğu doldurmaq üçün çalışırıq və çalışmaqda da davam edəcəyik.

AzVision.az


Teqlər:  





Xəbər lenti