Fransanın yeni prezidenti kim olacaq? - (VİDEOXƏBƏR)

Fransanın yeni prezidenti kim olacaq? - (VİDEOXƏBƏR)
  14 Fevral 2017    Oxunub:3743
Fransada prezidentliyə namizədlər aprel ayında keçiriləcək seçki kampaniyalarını davam etdirir.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, sağçı Milli Cəbhə partiyasının lideri Marina Le Pen dünən İtaliya sərhədindəki Menton şəhərini ziyarət edib. Burada keçirdiyi görüşlərdə seçiləcəki təqdirdə qaçaq miqrasiyaya qarşı gömrükdə təhlükəsizliyin artırılacağını söz verib.

Sorğularda 26%-ə yaxın səs nisbəti ilə ikinci tura qalma şansı yüksək görünən Le Penə ən yaxın müstəqil namizəd Emmanuel Macron isə dünən Əlcəzairdə danışıqlar zamanı Fransanın xarici siyasətində Afrikanın əhəmiyyətini diqqətə çatdırıb.

Ekspertlerin fikrincə, Macronun ikinci tura qalan iki namizəddən biri olması halında təxminən altı xal geridən təqib etdiyi Le Peni qabaqlayacaq.

Mühafizəkar Respublikaçılar Partiyasının namizədi Fransua Fillon isə xanımının işləmədiyi halda dövlətdən maaş aldığının ortaya çıxmasından sonra şansının yox dərəcədə olduğu qeyd olunur. Dünən Reunion adasını ziyarət edən Fillonun son sorğulara görə 18% geriləyən səs nisbəti ilə prezidentlik yarışında üçüncü yerdə olduğu müşahidə edilib.



Bəxtiyar Məmmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti