Fransanın daxili işlər naziri Azərbaycanın `qara siyahı`sındadır - VİDEOXƏBƏR

Fransanın daxili işlər naziri Azərbaycanın `qara siyahı`sındadır - VİDEOXƏBƏR
  07 Dekabr 2016    Oxunub:7983
Fransa prezidenti Fransa Olland daxili işlər naziri postuna parlamentin aşağı palatasının üzvü Bruno Le Ru-ni təyin edib.

AzVision.az xəbər verir ki, bu barədə məlumat Fransa prezidentinin rəsmi “Twitter” hesabında yerləşdirilib.

“Baş nazir Kaznevin təklifi ilə mən Bruno Le Runu daxili işlər naziri təyin etdim”, - deyə Ollan bildirib.

Qeyd edək ki, Fransa DİN-in yeni rəhbəri ermənipərəst siyasətçidir və dəfələrlə Ermənistana və Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfərlər edib.

Fransa parlamentində sosialistlər fraksiyasının rəhbəri Bruno Le Ru qondarma “erməni soyqırımı”nı inkar edilməsi üzrə cəzanın tətbiqini nəzərdə tutan qanun layihəsini n qəbul olunması üçün səy göstərib. Sonuncu dəfə fransız siyasətçi Dağlıq Qarabağa qondarma qurumun “müstəqilliyinin” 25 illiyi ilə bağlı keçirilən tədbirlərə qatılıb.

Bundan sonra Azərbaycan XİN Fransa parlamentinin deputatlarının qanunsuz yolla Azərbaycanın işğal olunan torpaqlarına səyahət etdiklərinə görə bu ölkənin hökumətinə etiraz notası ünvanlayıb. Bruno Le Ru Azərbaycanın razılığı olmadan Dağlıq Qarabağa səfər etdiyinə görə, Azərbaycan XİN-in “qara siyahı”sına salınıb.



Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti