Fransada keşiş öldürüldü - Olland hadisə yerinə gedir (Yenilənib)

Fransada keşiş öldürüldü - Olland hadisə yerinə gedir (Yenilənib)
  26 İyul 2016    Oxunub:4554
Fransada kilsənin cinayətkarlardan azad olunması əməliyyatının təfərruatları bilinib.
AzVision.az RİA Novosti-yə istinadən xəbər verir ki, kilsədə keçirilən xüsusi əməliyyat nəticəsində terrorçular zərərsizləşdirilib.

Fransa KİV-də yer alan xəbərə görə, ölkə prezidenti Fransa Olland hadisənin baş verdiyi Ruvr şəhəriinə yola düşüb.

***
13:40
Fransanın şimalında kilsədə dindarları girov götürən iki nəfər zərərsizləşdirilib.

AzVision.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Fransa polisi məlumat yayıb.

İlkin məlumatlara görə, girovlardan biri - kilsə keşişi qətlə yetirilib, daha bir girov isə yaralanıb.

***
(13:04)

Fransanın şimal-qərbində yerləşən Sent-Etyen-dyu-Ruvr kontonun Ruvr şəhərində naməlum şəxslər kilsəyə hücum edib.

AzVision.az Fransa KİV-nə istinadən xəbər verir ki, bıçaqla silahlanan iki naməlum şəxs kilsəyə daxil olaraq, orada ibadət edən insanları girov götürüb.

İlkin məlumata görə, 6 nəfərin girov götürüldüyü bildirilir.

Hazırda hadisə yerinə xeyli sayda polis cəlb olunub. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti