Fransa regionlarına Qarabağla əməkdaşlığı qadağan edir

Fransa regionlarına Qarabağla əməkdaşlığı qadağan edir
  28 İyul 2015    Oxunub:2776
Fransa rəhbərliyi ölkə regionlarının `Dağlıq Qarabağ` da daxil olmaqla tanınmayan ölkələrlə mərkəzləşdirilməyən əməkdaşlığını qadağan etməyə çalışır.

Bu barədə AzVision.az “1in.am”-a istinadən xəbər verir.

Fransa Xarici İşlər Nazirliyi bununla əlaqədar vilayətlərə bildiriş göndərib. Bildirişdə vilayət rəhbərlərinə Fransa xarici siyasətinə və götürdüyü öhdəliklərə hörmət etmək və tanınmayan respublikalarla əlaqələr yaratmamağa dair tövsiyələr yer alıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti