Fond yeni bağçalar tikdirir

Fond yeni bağçalar tikdirir
  24 İyul 2014    Oxunub:848
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Zərdabda iki uşaq bağçası-körpələr evinin inşasına başlanılıb.
AzVision.az xəbər verir ki, rayon icra hakimiyyətinin tikinti və memarlıq şöbəsindən AzərTAc-a bildiriblər ki, uşaq bağçası-körpələr evinin biri şəhərin yeni salınmış “32 hektar” adlanan ərazisində, digəri isə Azərbaycan küçəsində inşa olunur.

Hazırda hər iki binada hörgü işləri görülür. Tikinti yerli inşaatçılar tərəfindən aparılır. Müasir arxitektura üslubunda inşa edilən binalarda balacaların təlim-tərbiyəsi üçün bütün lazımi şərait olacaq.

Hər iki binanın ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulub.


Teqlər:





Xəbər lenti