Fizika üzrə Nobel mükafatını bu alimlər aldı

Fizika üzrə Nobel mükafatını bu alimlər aldı
  06 Oktyabr 2015    Oxunub:1929
İsveçdə fizika üzrə Nobel mükafatı laureatlarının adları məlum olub.
AzVision.az xəbər verir ki, 2015-ci il üçün bu mükafata “neytrinin ostsillyasiyasının” kəşfinə görə yaponiyalı Takaaki Kadzita və kanadalı Artur Makdonald layiq görülüb.

Xatırladaq ki, 2015-ci ildə tibb sahəsi üzrə Nobel mükafatını parazit qurdların səbəb olduğu infeksiyaların, həmçinin malyariyanın müalicəsinin yeni metodlarını kəşf edən amerikalı Uilyam Kempbell, yaponiyalı Satosi Omura və çinli Yuyu Tu alıb.


Teqlər:





Xəbər lenti