Filippində güclü zəlzələ - 15 ölü, 90 yaralı (VİDEOXƏBƏR)

Filippində güclü zəlzələ - 15 ölü, 90 yaralı (VİDEOXƏBƏR)
  11 Fevral 2017    Oxunub:2395
Filippində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb, 90 nəfərə yaxın insan isə yaralanıb.

AzVision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, təkcə Suriqao şəhərində 90 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Bildirilib ki, baş verən təbii fəlakət nəticəsində çoxlu sayda binalar, həmçinin məktəblər qismən və ya tamamilə dağılıb, şəhərlərin birində körpü çöküb.

Xatırladaq ki, zəlzələnin gücü 6,4 bal olub.



***
(09:18)

Ötən axşam Filippinin Mindanao adasında 6,7 bal gücündə zəlzələ baş verib.

AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 15 nəfər ölüb, 100-dən çox insan yaralanıb.

Dağıntılar altında qalan insanların axtarış-xilasetmə işləri davam etdirilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti