Fəxrəddin Manafov teatra qayıdır

Fəxrəddin Manafov teatra qayıdır
  31 İyul 2015    Oxunub:2912
Tanınmış aktyor, xalq artisti Fəxrəddin Manafov yeni mövsümdən Akademik Milli Dram Teatrının səhnəsində çıxış edəcək.
Mədəniyyət və Turizm Nazirliyindən AzVision.az-a verilən məlumata görə, F.Manafov xalq yazıçısı Elçinin "Cəhənnəm sakinləri" əsərində baş rolu oynayacaq.

Həmçinin, yeni mövsümdə xalq artistləri Fuad Poladov və F.Manafov eyni tamaşada çıxış edəcəklər.

Xatırladaq ki, xalq artisti F.Manafov uzun zamandır heç bir teatrda səhnəyə çıxmır.

AzVision.az


Teqlər:





Xəbər lenti