Fətullahçı jurnalistlər həbs edilir

Fətullahçı jurnalistlər həbs edilir
  25 İyul 2016    Oxunub:3197
Türkiyədə “Fətullahçı Terror Təşkilatı”nın (FETÖ) mediada olan əməkdaşlarına qarşı əməliyyatlara başlanılıb.
AzVision.az xəbər verir ki, aparılan istintaq tədbirləri çərçivəsində İstanbul Terror və Mütəşəkkil Cinayətkarlıq Bürosu 42 KİV nümayəndəsinin saxlanılması barədə sanksiya verib.

Onların arasında Türkiyənin məşhur jurnalistlərindən olan Nazlı Ilıcakın da adı var. Xanım jurnalistin Muğla vilayəti ərazisində olduğu ehtimal edilir.

Qeyd edək ki, Nazlı Ilıcak 1999-cu ildə Fəzilət Partiyasından İstanbul millət vəkili seçilib.



AzVision.az


Teqlər:  





Xəbər lenti