Fərhad Əliyev Londona qayıdır

Fərhad Əliyev Londona qayıdır
  27 Yanvar 2015    Oxunub:3015
Keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev hazırda Bakıdadır.
Bu barədə AzVision.az-a sabiq nazirin yaxınları məlumat verib. Bildirilib ki, F. Əliyev mərhum qardaşı Sudeifin Cəlilabad rayonunun Alar kəndində keçirilən 3-7 mərasimində iştirak edib:

“Fərhad Əliyev qardaşının yas mərasimində iştirak edib. O, ötən gün Cəlilabaddan Bakıya qayıdıb. Hazırda o Bakıdakı evindədir, yaxın vaxtlarda Londona qayıdacaq”.


Qeyd edək ki, Əliyevlər ailəsinə bir neçə gün öncə ağır itki üz verib. Belə ki, F.Əliyevin balaca qardaşı Əliyev Sudeif Şölət oğlu qəflətən vəfat edib. Mərhumun ürək ağrısından əziyyət çəkdiyi bildirilir.

Hafiz Əhmədov
AzVision.az



Teqlər:  





Xəbər lenti