Fələstinlilər İsraili raket atəşinə tutdu

Fələstinlilər İsraili raket atəşinə tutdu
  01 Noyabr 2014    Oxunub:2615
Qəzza sektorunda olan fələstinlilər cümə günü İsraildə yerləşən yaşayış məntəqələrini raket atəşinə tutub.
Bu barədə AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir.

“Raket Qəza sektorundan buraxılıb və İsrailin cənubunda yerləşən Eşkol ərazisinə düşüb”, - İsrail Silahlı Qüvvələrinin rəsmisi bildirib. Rəsmi həmçinin bildirib ki, bu sentyabrın 16-dən bəri Fələstinin İsrail ərazisinə atdığı ilk raketdir. Raketin düşməsi nəticəsində heç kimə xəsarət dəyməyib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti