Fazil Məmmədovdan yeni rəis təyinatı

Fazil Məmmədovdan yeni rəis təyinatı
  27 İyul 2016    Oxunub:15592
Vergilər Nazirliyində növbəti kadr dəyişikliyi həyata keçirilib.
AzVision.az xəbər verir ki, nazir Fazil Məmmədovun əmri ilə Məmmədov Əflatun Məsim oğlu Vergilər Nazirliyinin Vergi risklərinin təhlili və nəzarəti baş idarəsinə rəis təyin edilib.

Qeyd edək ki, bu il yaradılan Vergi risklərinin təhlili və nəzarəti baş idarəsinə İlkin Vəliyev rəhbərlik edirdi.

Prezident İlham Əliyevin sərəncamı ilə İlkin Vəliyev vergilər nazirinin müavini təyin edildikdən sonra həmin vəzifə boş qalmışdı.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti