Falçının qatili 17 gün sonra tutuldu

Falçının qatili 17 gün sonra tutuldu
  01 Aprel 2015    Oxunub:2174
Bakıda 17 gün öncə baş verən qətl hadisəsinin üstü açılıb.
Səbayel Rayon Polis İdarəsindən verilən məlumata görə, həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində martın 14-də rayon ərazisində 1970-ci il təvəllüdlü Tahir Talıbovu qətlə yetirən şəxs Azərbaycanın rayonlarının birində saxlanılıb və hazırda Bakıya gətirilir.

Qeyd edək ki, martın 14-də İçərişəhər ərazisində, Firdovsi küçəsi, 5 ünvanında T.Talıbovun üzərində çoxsaylı xəsarətləri olan meyiti tapılıb.

Polisdən T.Talıbov qətlə yetirildiyi ünvanda falçılıqla məşğul olduğu bildirilib (APA).


Teqlər:





Xəbər lenti