FTX rəhbəri regiondakı vəziyyətdən narahatdır

FTX rəhbəri regiondakı vəziyyətdən narahatdır
  28 Sentyabr 2016    Oxunub:1740
Rusiya federal təhlükəsizlik xidməti xarici tərəfdaşlarla birlikdə ölkədə 5 özək və 54 beynəlxalq terror təşkilatı üzvlərinin fəaliyyətinin qarşısını alıb.
AzVision.az “İnterfax”a istinadən xəbər verir ki, bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov Bakıda keçirilən Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrinin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 41-ci iclasında çıxışı zamanı deyib.

Bortnikov hesab edir ki, Yaxın Şərq və Şimali Afrikada uzunmüddətli döyüşlər miqrantların sayının kəskin artmasına, sosial-iqtisadi vəziyyət mövcud olan stabilliyin pozulmasına və dünyanın bir çox bölgələrində kriminogen vəziyyətin pisləşməsinə səbəbə olub.

2015-2016-ci ildə terrorçular bir sıra Avropa ölkələrində çoxsaylı insan tələfatı və dağıntılarla nəticələnən terror aktları həyata keçirib.

O, əlavə edib ki, hazırki geosiyasi vəziyyət təəssüf ki, mənfi ssenari üzrə inkişaf edir: “MDB ölkələrinin birbaşa sərhədində yerləşən Əfqanıstan və Yaxın Şərq regionunda vəziyyət xüsusi narahatlıq yaradır. İŞİD, "Cəbhat-əl-Nüsra" kimi terror təşkilatlarının genişlənməsi bu günün reallığıdır. MDB-yə üzv və digər ölkələr üçün ən böyük təhdid mühacir terrorçuların çıxdıqları ölkələrə geri qayıtması və bu ölkələrdə aktivləşməsidir”.

Aleksandr Bortnikov həmçinin bildirib ki, Yaxın Şərq ölkələrində olan terror təşkilatları öz fəaliyyətlərini Şimali Qafqaz regionunda genişləndirmək istəyir: “Bu barədə sənədlər əldə etmişik. Bizim ölkələrdən kənarda fəaliyyət göstərən beynəlxalq terror təşkilatlarının funksionerləri öz terror şəbəkələrini uzaqdan idarə edirlər. Ona görə də hesab edirəm ki, bizim əməkdaşlığımızın effektivliyini və nəticəsini artırmaq üçün daha sıx və çoxsəviyyəli qarşılıqlı fəaliyyət həyata keçirmək, operativ fəaliyyət göstərmək, daimi informasiya mübadiləsi sahəsində yeni imkanlar axtarmaq lazımdır”.

AzVision.az


Teqlər:  





Xəbər lenti