FHN xilasedicilərindən gözlənilən hərəkət

FHN xilasedicilərindən gözlənilən hərəkət
  02 Avqust 2015    Oxunub:2483
Dənizdə batmaq təhlükəsi ilə üzləşmiş iki nəfər Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri tərəfindən xilas edilib.

AzVision.az-ın FHN-nın saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Abşeron rayonunda dənizdə (“Fatmayi” sularda xilasetmə məntəqəsinin ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən sudan çıxarılaraq xilas olunub.

Bundan başqa Sabunçu rayonunda dənizdə (“Bilgəh” sularda xilasetmə məntəqəsinin ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən sudan çıxarılaraq xilas edilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti