FHN tikinti şirkətini məhkəməyə verdi

FHN tikinti şirkətini məhkəməyə verdi
  03 Oktyabr 2015    Oxunub:2104
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin (TTNDA) S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu (ETLKİMİ) “Göhər” Mənzil Tikinti Kooperativini (MTK) məhkəməyə verib.
“Report”un xəbərinə görə, FHN-in qurumu müqavilə üzrə ödənilməmiş borcun tutulmasını tələb edir. İddia olunan borcun məbləği açıqlanmır.
İddiaya 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.

Qeyd edək ki, S.Ə.Dadaşov adına ETLKİMİ inşaat materiallarının istehsalı və tikinti sənayesi sahələrində təhlükəsizliyin təmin edilməsi məqsədilə elmi-tədqiqat, layihə-konstruktor və təcrübə-sınaq işləri aparan, tikintiyə dair normativ-texniki sənədlərin hazırlanmasında iştirak edən təsərrüfat hesablı qurumdur.

“Göhər” şirkəti isə çoxmərtəbəli bina tikintisi ilə məşğul olur.


Teqlər:





Xəbər lenti