FHN fəhlələri ölümdən qurtardı

FHN fəhlələri ölümdən qurtardı
  04 Mart 2015    Oxunub:1308
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonunda 3 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
AzVision.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər, əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, sökülməkdə olan təqribən 75 metr hündürlüyündə dəmir-beton konstruksiyalı borunun üzərində köməksiz vəziyyətdə qalıblar. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə vətəndaşları aşağı endirərək xilas ediblər.


Teqlər:





Xəbər lenti