FHN Xızıda baş verən yanğınla bağlı məlumat yayıb

FHN Xızıda baş verən yanğınla bağlı məlumat yayıb
  30 İyul 2015    Oxunub:2138
Fövqəladə Hallar Nazirliyi Xızıda yaylaqda baş verən yanğınla bağlı məlumat yayıb.
AzVision.az FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Xızı rayonunda dağlıq ərazidə yanğın hadisəsi baş verib.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Aviasiya Dəstəsinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub. Dağlıq ərazidə 100 ha otlaq ərazi və 7 ha kol-kos yanıb. Yanğının qarşısı alınıb.

AzVision.az




Teqlər:  





Xəbər lenti