FHN Akademiyasında Respublika Günü qeyd olunub

FHN Akademiyasında Respublika Günü qeyd olunub
  28 May 2015    Oxunub:1653
27 may 2015-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında 28 May - Respublika Günü münasibətilə tədbir keçirilib.

Trend nazirliyin saytına istinadən məlumat verir ki, akademiyanın inzibati binasının akt zalında təşkil ounan tədbiri açan FHN-in Akademiyasının rəisi general-mayor Pənah Süleymanov tədbir iştirakçılarını salamlamış və Respublika Günü münasibətilə təbrik edib.

Sonra Azərbaycan Respublikasının Dövlət himni səslənib.

28 May - Respublika Gününün əhəmiyyətindən danışan akademiyanın rəisi müstəqilliyimizin bərpasında və qorunmasında ümummilli lider Heydər Əliyevin misilsiz rolunu qeyd edib, onun siyasi kursunun layiqli davamçısı, müstəqilliyimizin möhkəmləndirilməsi və dövlətimizin qüdrətinin artırılması naminə yorulmadan çalışan ölkə Prezidenti cənab İlham Əliyevin xidmətlərindən söz açıb.

Daha sonra çıxış edən FHN Akademiyasının rəis müavini polkovnik Afət Qurbanov müstəqilliyimizin tarixindən söz açıb, bu günün əhəmiyyətindən bəhs edib.


Teqlər:  





Xəbər lenti