FHN 35 nəfəri xilas etdi - Yenilənib

FHN 35 nəfəri xilas etdi - Yenilənib
  29 Sentyabr 2016    Oxunub:1561
Sentyabrın 28-də yağan intensiv yağışlar nəticəsində Bakı şəhərinin bəzi ərazilərində fərdi yaşayış evlərinin həyətyanı sahələri, küçə və prospektlər yağış suları ilə dolub, nəqliyyatın hərəkətində məhdudiyyət yaranıb.
AzVision.az -ın FHN-nin saytlına istinadən xəbərinə görə, güclü yağışların törətdiyi fəsadların aradan qaldırılması üçün dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti və Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası paytaxtın rayonlarına cəlb olunub.

Aparılan xilasetmə əməliyyatları nəticəsində fərdi yaşayış evlərindən 17 nəfəri azyaşlı olmaqla ümumilikdə 35 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.

Hazırda yağış suları ilə dolmuş ərazilərdə suçəkmə işləri davam etdirilir.

**

Fövqəladə Hallar Nazirliyi Bakıda qeyri-sabit hava şəraitinin yaratdığı fəsadlarla bağlı yeni məlumat yayıb.

AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin qurumları tərəfindən sentyabrın 28-də yağan yağışlar nəticəsində fərdi yaşayış evlərində köməksiz vəziyyətdə qalmış insanların təxliyəsi və yollarda yağış sularının çəkilməsi işləri davam etdirilir.

“Hazırkı vaxta qədər təhlükəsiz ərazilərə üç nəfər azyaşlı olmaqla 24 nəfər təxliyə olunub”,- deyə məlumatda deyilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti