FHN-dən ağır yol qəzası ilə bağlı AÇIQLAMA

FHN-dən ağır yol qəzası ilə bağlı AÇIQLAMA
  18 Aprel 2015    Oxunub:1262
Bu gün axşam saat 21:30 radələrində Ziya Bunyadov prospektində ölümlə nəticələnən ağır yol qəzası baş verib.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, hadisə yerinə nazirliyin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Xilasedicilər deformasiyaya uğramış “Lifan” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücü və iki sərnişin aldığı xəsarətlərdən hadisə yerində vəfat ediblər. Digər sıxılmış vəziyyətdə qalmış sərnişini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 21:50-də başa çatıb.


Teqlər:





Xəbər lenti