FHN-dən İsmayıllıdakı yanğınla bağlı AÇIQLAMA

FHN-dən İsmayıllıdakı yanğınla bağlı AÇIQLAMA
  20 Dekabr 2014    Oxunub:1587
Fövqəladə Hallar Nazirliyi (FHN) İsmayıllı rayonunun Kürdmaşı kəndində faciəyə səbəb olan yanğınla bağlı açıqlama yayıb.
AzVision.az FHN-in saytına istinadən xəbər verir ki, İsmayıllı rayonu, Kürdmaşı kəndində vətəndaşa məxsus ümumi sahəsi 156 kv.m olan birmərtəbəli, 2 otaq və aynabənddən ibarət evin aynabəndinin yanar konstruksiyaları 56 kv.m sahədə və dam örtüyü 90 kv.m sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı 2009-cu il təvəllüdlü Usubova Nuray Mirzə qızının yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Teqlər:





Xəbər lenti