FHN-dən Elçibəyin oğlu ilə bağlı AÇIQLAMA

FHN-dən Elçibəyin oğlu ilə bağlı AÇIQLAMA
  21 Avqust 2014    Oxunub:4798
“Elçibəyin oğlunun nazirlikdə işə düzəlməsi ilə bağlı məndə məlumat yoxdur”.
AzVision.az-a açıqlamasında bu sözləri Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov deyib. O, bildirib ki, bu barədə məlumatsızdır:

“Nazirliyin bu işlə məşğul olan strukturu var. Məndə bu barədə məlumat yoxdur. Nazirliyə çoxlu sayda işçi qəbul edilir, onlar kurslarda iştirak edirlər. Bu barədə isə bizə məlumat verilmir. Elçibəyin də oğlu adi vətəndaşlardan biridir”,-deyə, O.Bayramov əlavə edib.

Qeyd edək ki, Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəyin qaynı Mirmövsüm Mahmudovun sözlərinə görə, Ərturqut Əliyev Fövqəladə Hallar Nazirliyində işə düzəlib və hələki nazirlikdə kurs keçir.

Sevinc İltifatqızı
AzVision.az


Teqlər:  





Xəbər lenti