FHN Qəbələdə təlimi keçirdi - Fotolar

FHN Qəbələdə təlimi keçirdi - Fotolar
  13 Oktyabr 2016    Oxunub:2294
Fövqəladə Hallar Nazirliyi (FHN) Şimal-qərb Regional Mərkəzi və nazirliyin regionda yerləşən digər qurumlarının, habelə aidiyyəti yerli icra hakimiyyəti orqanlarının qüvvələrinin iştirakı ilə oktyabrın 12-13-də Qəbələdə komanda-qərargah təlimi keçirilib.
FHN-in mətbuat xidmətindən AzVision.az-a bildirilib ki, komanda-qərargah təliminə fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev rəhbərlik edib. Təlimin keçirilməsində əsas məqsəd komandir-rəis heyətinin fövqəladə hal nəticəsində yaranmış vəziyyətin operativ qiymətləndirilməsi, idarəetmə və fəaliyyətin təşkili sahəsində təcrübələrinin daha da artırılması, şəxsi heyətin peşəkar vərdişlərinin gücləndirilməsi, aidiyyəti yerli icra hakimiyyəti orqanları və FHN-in qurumları arasında qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsi olub.

FHN-in 640 nəfərlik şəxsi heyəti və 110 ədəd texnikasının cəlb olunduğu təlim taktiki cəhətdən mürəkkəb ərazidə və əlverişsiz hava şəraitində keçirilib, qarşıya qoyulan tapşırıqlar uğurla yerinə yetirilib.

Təlimi Avstriya Federal Daxili İşlər Nazirliyinin yanğın üzrə ekspertləri və dağ alpinizmi üzrə mütəxəssisləri izləyib. Təlimdən sonra nazir müavini Etibar Mirzəyev avstriyalı mütəxəssislərlə görüşüb.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti