FETÖ əməliyyatı davam edir - 89 nəfər tutuldu

FETÖ əməliyyatı davam edir - 89 nəfər tutuldu
  29 Avqust 2016    Oxunub:1698
İstanbul Baş Prokurorluğu növbəti dəfə “Türk Telekom” şirkətində Fətullahçı Terror Təşkilatına qarşı (FETÖ) əməliyyat keçirib.
AzVision.az-ın Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, şirkətdə çalışan şübhəli 89 nəfər barəsində saxlanılma qərarı verilib.

Tutulan 89 nəfərdən 53-ü artıq həbs olunub.

Qeyd edək ki, şirkətdə daha öncə həyata keçirilən əməliyyatla 28 nəfər şübhəli şəxs qismində saxlanılıb. Onlardan 11 nəfər həbs olunub, 17 nəfər isə sərbəst buraxılıb.

Kənan Məmmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti