Evlənmək istəyənlər üçün vacib QƏRAR

Evlənmək istəyənlər üçün vacib QƏRAR
  28 Yanvar 2015    Oxunub:3428
Azərbaycanda nikaha girən şəxslərdən tibbi arayışın tələb olunması ilə bağlı qanunvericiliyə edilən düzəlişin qüvvəyə minməsi tarixi dəyişdirilib.
Milli Məclisin Sosial siyasət komitəsinin bu gün keçirilən iclasında Azərbaycan prezidentinin təqdimatı ilə Ailə Məcəlləsinə dəyişikliklər müzakirəyə çıxarılıb.

Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev AzVision.az-a açıqlamasında bildirib ki, bu ilin iyunun 1-dən Azərbaycanda nikaha girən şəxslərdən tibbi arayış tələb olunacaq. Milli Məclisin üzvü qeyd edib ki, qanunda edilən dəyişiklik plenar iclasa tövsiyə olunub.

Xatırladaq ki, dəyişikliyə əsasən, “Azərbaycan Respublikasının Ailə Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” 2014-cü il 17 oktyabr tarixli 1080-IVQD nömrəli qanun 2015-ci il iyunun 1-dən qüvvəyə minəcək. Bununla bağlı qeyd olunan qanunun 2-ci maddəsində “yanvarın 1-dən” sözləri, “iyunun 1-dən” sözləri ilə əvəz edilib.

Anar Kəlbiyev


Teqlər:





Xəbər lenti