Everestdə daha bir faciə - 16 nəfər öldü

Everestdə daha bir  faciə - 16 nəfər öldü
  20 Aprel 2014    Oxunub:1198
Dünyanın ən uca zirvəsi hesab olunan Everestdə bədbəxt hadisə baş verib.
AzVision.az APA- ya istinadən xəbər verir ki, dağ zirvəsində baş vermiş qar uçqunu 16 nəfərin ölümünə səbəb olub. Nepal xilasediciləri 13 nəfərin cəsədini qarın altından çıxara bilib.

Qeyd edək, aprelin 18-də baş vermiş qar uçqunu zamanı, ümumilikdə, 25 Nepal vətəndaşı qarın altında qalıb, lakin 7 nəfər sağ aşkarlanaraq xəstəxanaya çatdırılıb. Qalan 5 turistin axtarışları davam etdirilir.


Teqlər:





Xəbər lenti