Evdən 9 min manat oğurlanıb

Evdən 9 min manat oğurlanıb
  29 Avqust 2016    Oxunub:1261
Bakıda mənzildən oğurluq edən şəxs saxlanılıb.
AzVision.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, Sabunçu rayon 14-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 27-də Maştağa qəsəbəsində yaşayan Hümbət Hümbətovun evindən 9100 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Sahil Mahmudov tutulub, daha bir nəfər isə müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti