Ev tikmək istəyənlərin nəzərinə

Ev tikmək istəyənlərin nəzərinə
  18 Aprel 2015    Oxunub:5799
Manatın devalvasiyası tikinti bazarına da təsirsiz ötüşməyib. Milli valyutanın dəyərdən düşməsi tikinti materiallarının bahalaşmasına səbəb olub. Bununla yanaşı qiymətlərin bahalaşmasına tikinti mövsümünün başlaması da təsir edib.
“Əmlak bazarı iştirakçıları” İctimai Birliyinin icraçı direktoru, iqtisadçı-ekspert Ramil Osmanlı AzVision.az-a bildirib ki, ötən ayla müqayisədə qiymət dəyişməsi olmasa da ilin əvvəli ilə müqayisədə qiymət artımı özünü göstərir.

Ekspertin sözlərinə görə, bahalaşma daha çox taxta, dəmir məmulatları və dam örtüklərində müşahidə olunur. Belə ki, ilin əvvəli ilə müqayisədə taxta 30%, dəmir məmulatları 20%, dam örükləri 15% bahalaşıb.

Gültəkin Ələsgər
AzVision.az



Teqlər:





Xəbər lenti