Estoniya İsveçdəki səfirini geri çağırdı

Estoniya İsveçdəki səfirini geri çağırdı
  01 Noyabr 2014    Oxunub:1607
Estoniya İsveçdəki səfiri Yaak Yıeryutu ölkəyə geri çağırıb.
Bu barədə AzVision.az “Reuters”ə istinadən xəbər verir.

Bu barədə müvafiq qərarı ölkə prezidenti Toomas Hendrik İlves qəbul edib.
Səfirin geri çağırılma səbəbi bilinmir.

Qeyd edək ki, ötən gün İsrail rəsmi Stokholmun Fələstini müstəqil dövlət kimi tanımasına etiraz olaraq İsveçdəki səfirini geri çağırmaq qərarını verib.

Artıq İsrailin xarici işlər naziri Aviqdor Liberman da İsveçin qərarını sərt şəkikldə tənqid edib: “Yaxın şərq siyasəti “İKEA” nın mebellərini yığmaqdan dəfələrlə çətindir”.

Qeyd edək ki, oktyabrın 30-u İsveç xarici işlər naziri Marqot Valstrom İsveç hökumətinin Fələstini müstəqil dövlət kimi tanıdığını bəyan edib.

“Bu gün hökumət Fələstini dövlət kimi tanımağı qərar alıb. Bu əhəmiyyətli addımdır və fələstinlilərin öz müqəddəratını təyin etmə hüququnu təsdiqləyir”, - deyə Valstrom vurğulayıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti