21 YANVAR 2017 9+12 Bakı 1+6 Xankəndi 6+11 Xaçmaz 6+11 Bərdə 5+0 Lənkəran 7+12 Naxçıvan 7+12 Gəncə 9+12 Sumqayıt 1+6 Kəlbəcər 1+6 Laçın 1+6 Qubadlı 1+6 Şuşa 7+12 Ağdam Zəngilan 7+12 Cəbrayıl 7+12 Füzuli 6+11 Şəki

Əsgərimizin nəşinin qaytarılması ilə bağlı müraciət

Tarix 11.01.17, 18:52

Font ölçüsü : - / +


Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova 29 dekabr 2016-cı il tarixdə Ermənistan Silahlı Qüvvələri tərəfindən qətlə yetirilmiş Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Çingiz Qurbanovun meyitinin qaytarılması ilə bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti Peter Maurerə məktubla müraciət edib.

Ombudsman Aparatının mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, məktubda deyilir ki, 2016-cı ilin 29 dekabr tarixində Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu təxribata əl ataraq Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərib.

“Təxribatın qarşısı alınarkən Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb və sonradan məlum olub ki, onun meyiti qarşı tərəfdədir. Azərbaycan tərəfi əsgər Qurbanov Çingiz Salman oğlunun meyitinin geri qaytarılması ilə bağlı BQXK-nın Azərbaycan nümayəndəliyinə, ATƏT-in Minsk Qrupuna, o cümlədən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikə rəsmi qaydada müraciət edib. Bununla belə, bizim əsgərimizin meyiti bu günə kimi Azərbaycan tərəfinə qaytarılmayıb. Hazırda müvafiq qurumlarla, habelə BQXKomitəsi ilə birgə hərbi qulluqçumuzun meyitinin Azərbaycan tərəfinə qaytarılması istiqamətdə işlər davam etdirilir.

Eyni zamanda, kütləvi informasiya vasitələrindən məlum olduğu kimi Ermənistan tərəfi prosesi süni olaraq uzadır və “istintaqın” aparıldığını bəyan edir. Halbuki meyitlərin qaytarılması mexanizmi və prosedurası yetərincə bəllidir və bu cür hallarda əvvəllər də tətbiq olunmuşdur və onlar hər iki tərəfə, habelə sizin təşkilatınıza da bəllidir. Hesab edirik ki, Ermənistan tərəfinin bu addımı beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarının, insan hüquqlarının, həmçinin Ermənistanın özünün də qoşulduğu 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyasının öhdəliklərinin kobud şəkildə pozulmasıdır.

Qeyd etmək lazımdır ki, Ermənistan tərəfi 1994-cü ildən etibarən mövcud atəşkəsi heçə sayaraq mütəmadi təxribatlar törədir. Bu hadisələrdən biri də 2016-cı ilin aprel ayına təsadüf edib. 2-5 aprel tarixlərində Azərbaycan Respublikasının əraziləri, cəbhəyanı bölgələrdə məskunlaşan mülki əhalinin yaşadığı çoxsaylı evlər, məktəblər və digər sosial obyektlər, habelə Azərbaycan Silahlı Qüvvələrinin qoşunların təmas xətti boyunca mövqeləri ağır artilleriyadan, iri çaplı silahlardan intensiv atəşə məruz qalıb. Nəticədə dinc əhali, o cümlədən uşaqlar, qadınlar və ahıllar həlak olmuş və ağır yaralanıblar. Ermənistan silahlı qüvvələri tərəfindən törədilən bu hərbi cinayətlər nəticəsində beynəlxalq sənədlərin, o cümlədən Cenevrə konvensiyalarının müddəaları kobud şəkildə pozulub.

Yuxarıda qeyd olunanları, o cümlədən onun ailəsinin və ölkə əhalisinin gözləntilərini nəzərə alaraq, təşkilatınızın mandatı çərçivəsində və beynəlxalq hüquq normalarına uyğun olaraq əsgər Qurbanov Çingiz Salman oğlunun meyitinin geri qaytarılmasına köməklik göstərməyinizi Sizdən xahiş edirəm”, - deyə məktubda qeyd olunub.

AzVision.az


Xəbərin oxunma sayı : 965


Bu xəbərə şərh yaz


(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq ifadələr işlətməməli, Azərbaycan qanunlarına zidd çağırışlar etməməlidir. Bu cür şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək)
Adınız:
Əlavə et
Siz 512 hərf daxil edə bilərsiniz


AzVision SMARTFONDA

Neftin qiyməti - AKTUAL


Sorğu

Sizcə, Bakı qışa hazırdırmı?
Hazırdır
Xırda problemlər də düzəlsə, hazırdır
Hazır deyil

  Nəticələr!    İştirak edənlər: 1465

İnfoqrafika

Ötən gün fotolarda

ŞƏRHSİZ

ARXIV TƏQVİMİ

Rubrikanin digər yazıları

Madriddə erməni təxribatına etiraz edildi ABŞ-da qadınlar Trampa qarşı etiraza qalxdılar Trampın andiçməsinə qatılan azərbaycanlı xanım kimdir? - FOTOLAR Azərbaycanda yenə Yusif və Zəhra liderdir - SİYAHI Azərbaycandan Trampa xüsusi hədiyyə göndərildi - FOTO Qaçqın və məcburi köçkünlərlə bağlı sərəncam Rəsmi Moskva: Putin Trampla görüşə hazırdır Sabah şaxta olacaq, yollar buz bağlayacaq - Xəbərdarlıq İlham Əliyev Ruhaniyə başsağlığı verib `Azərbaycan Lapşini bağışlaya bilər` - Yevda Abramov 16 məktəbli avtobusda yanaraq öldü - Yenilənib Tramp administrasiyasında erməniyə vəzifə verildi - FOTO `Reina` terrorçusunun yazışmaları üzə çıxdı AZAL qalmaqalı böyüyür - Deputatlar prezidentə müraciət edəcək Etibar Pirverdiyev 15 ədəd `NAZ Lifan` alıb Xanım nazir həbs edildi - Ölkədə rüşvət qalmaqalı Daha bir ölkədə qanlı terror - 21 ölü, 51 yaralı (Yenilənib) Pan Gi Munun qardaşı həbs olunacaq Los-Ancelesdə marixuana oğurlayan erməni güllələnib Türkiyə parlamenti yeni konstitusiyaya `hə` dedi AKP-nin binası və polis idarəsi atəşə tutuldu Azərbaycanlı general və ailəsi təhlükədə Tramp and içdi - VİDEO (YENİLƏNİB) Obamanın yeni evi - Qiyməti 5 milyondur (Fotolar) ATƏT sədri erməniləri məyus etdi Qaradaşı oğlu Qənimət Zahiddən imtina etdi: `Məndən istifadə olunmasın` – MÜRACİƏT `Qorbaçovu dindirmək mümkün olmadı, qaçıb gizləndi`- Rüstəm Usubov Əlvida, Obama! - Unudulmaz FOTOLAR Xanım deputatlar saçyolduya çıxdılar - FOTO+VİDEO Azərbaycanda bir dəqiqəlik sükut

XƏBƏR LENTİ