Əsgərimiz yaralandı

Əsgərimiz yaralandı
  30 Noyabr 2015    Oxunub:1939
Düşmənlə döyüşdə Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Nəsibov Bəhruz Sahib oğlu sol qolundan yüngül yaralanıb.

Bu barədə AzVision.az -a Müdafiə nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ilkin tibbi yardım göstərildikdən sonra yaralı əsgər tibb müəssisəsinə təxliyə edilib, sağlamlığına heç bir təhlükə yoxdur və həkimlərin nəzarəti altındadır.

Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan ordusu bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir və düşmənin istənilən hərəkətinin qarşısını qətiyyətlə almağa hazırdır.

AzVision.az


Teqlər:  





Xəbər lenti