Əsgərimiz dünyasını dəyişdi

Əsgərimiz dünyasını dəyişdi
  02 Mart 2015    Oxunub:2074
Azərbaycan Ordusunun əsgəri xəstəlikdən dünyasını dəyişib.
Müdafiə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Gəncə şəhərində yerləşən N saylı hərbi hissədə xidmət edən 28.08.1990-cı ildə anadan olmuş, 07.01.2015-ci ildə Qusar rayonundan hərbi xidmətə çağırılmış əsgər Pərvanayev Vicay Gülmət oğlu ilkin araşdırmaya əsasən kəskin ürək və tənəffüs çatışmazlığı səbəbindən martın 2-də vəfat edib.

Hazırda məhkəmə-tibb ekspertizası araşdırma aparır.

Hərbi Prokurorluq tərəfindən fakt üzrə cinayət işi başlanılıb.


Teqlər:  





Xəbər lenti